HOME
FORUM
Account
Untitled Document
info   
  
Ziyaretci
38.107.179.240
Nickiniz:

Şifre:



Üyelikler:
Bügün: 0
Dün: 0
Bu Ay: 0
Bu Sene: 21
Tolam Üyeler: 387
Yeni Üyeler:
Online Üyeler:
  Ziyaretciler: 6
38.107.xxx.xxx
38.107.xxx.xxx
38.107.xxx.xxx
38.107.xxx.xxx
38.107.xxx.xxx

  Toplam Üyeler: 6
Site Saati:
May 20, 2012
09:18 pm EEST
Untitled Document
Gazete Başlıkları   
  
Gazete Başlıkları
Untitled Document
TEREKEME ALBÜM   
" /> " /> " /> " /> " /> " /> Garapapag.Com :: - Borçalı Mehrali Bey
Main  •  FAQ  •  Search  •  User Groups  •  Profile  •  Members List  •  Private Messages
Arcade  •  Attachments  •  Buddy List  •  Ranks  •  Rules  •  Smilies List  •  Statistics  •  Staff


 
En Son Konu Ve Cevaplar   Next 6 >>  
 Forum   Yazar   Cevap   Son Mesaj 
Sitemiz Açılmıştır Hayırlı Olsun Duyurular ve Yardım admin 16 Sal Eyl 07, 2010 6:48 am
ATAMAN Son gönderilen mesajlar
Türklerle Yapılan Îlk Savaş İslam Tarihi ATAMAN 0 Sal Nis 03, 2012 10:32 am
ATAMAN Son gönderilen mesajlar
Hz Muhammet ve Siması İSLAM ATAMAN 10 Per Mar 29, 2012 11:23 am
ATAMAN Son gönderilen mesajlar
Casus Yazılım Bilim-Teknoloji-Bilgisayar ATAMAN 3 Pzr Oca 29, 2012 12:56 am
ATAMAN Son gönderilen mesajlar
Fransa'nın Cezayir ve Ruanda katliamları Kanlı Sayfalar ve İsyanlar ATAMAN 1 Per Arl 22, 2011 8:22 am
ATAMAN Son gönderilen mesajlar
Türk Pramitleri Gizemli Tarih ATAMAN 1 Per Ekm 20, 2011 12:07 am
ATAMAN Son gönderilen mesajlar

Borçalı Mehrali Bey

 
Yeni Başlık Gönder   Cevap Gönder   Yazdırılabilir Sayfa    UserNuke Mesaj Panosu Ana Sayfa -> FREE photo hosting by Garapapag.Com
« Önceki başlık :: Sonraki başlık »  
Yazar Mesaj
ATAMAN
Site Admin
Site Admin



Kayıt: Mar 22, 2008
Mesajlar: 754
Şehir: KARS

Durum: BağlıDeğil
MesajTarih: Cum Mar 28, 2008 10:48 pm Mesaj konusu: Borçalı Mehrali Bey Alıntıyla Cevap Gönder

      Valeh Hacılar


Borçalı Mehralı bəy tarixi həqiqətlərdə

Türk, rus və gürcü rəsmi mənbələri üzərində yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşri. 2001

8s(Az)-2001.
Hacılar V.Ə.
Borçalı Mehralı bəy tarixi həqiqətlərdə, Tbilisi-Bakı, 2001.



XIX yüzilliyin II yarısı XX yüzilliyin əvvələrində yağı düşmənlərimizə qan uddurmuş, igidliyi, yenilməzliyi ilə dillərdə dastanlaşmış, Anadolu ellərində  “Ikinci Koroğlu ,”  “Ikinci Battal Qazi ” kimi şöhrətlənmiş Mehralı bəy Osmanlı tarixinin və türk folklorunun Borçalı əsilli milli qəhrəmanı, Borçalı qarapapaq türklərinin qeyrət rəmzidir. Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, professor Valeh Hacıların Mehralı bəy haqqında tarixi həqiqətləri əks etdirən bu kitabında tarixçilərin, filoloqların, eləcə də geniş oxucu kütləsinin marağına səbəb ola biləcək dəyərli bilgilər verilmişdir.

© GÜRCÜSTAN AZƏRBAYCANLI ZIYALILAR BIRLIYI, 2001.


          Onun haqqında yazılanlardan sətirlər:

“Mehralı mənim azad aslanımdır...”

                                                    Osmanlı hökmdarı Sultan II Əbdülhamid  (XIX əsr)

“Anadolu cəbhəsində ilk dəfə Mehralıya beşinci rütbədən Məcidiyyə nişanı (ordeni) verilmişdir... Mehralı kimi igidlik-mücəssəmə sahibini analar pək az doğur...”

                                                    Başkomandan, marşal Qazi Əhməd Muxtar Paşa (XIX əsr)

“Mehralı deyilən–şahin quşları”

                                                                                                     Çıldırlı Aşıq Şenlik (XIX əsr)

“Ikinci Koroğlu dastanı qaldı,
Söylənir dillərdə: Mərdi-Mehralı”

                                                                                                                    Qarslı Aşıq Sadıq (XIX əsr).

“Türklər tərəfdə çox məşhur bir qarapapaq var. Ruslar çox istəyir ki, onu öz tərəflərinə çəksin. Onun adı Mehralıdır, Borçalıda anadan olmuşdur... Təkcə bu Mehralıya qarşı bütöv kazak alaylarını göndərmək lazım gəlir... ”
                         General S.O.Kişmişov
  “Qolos” qəzeti, 1877-ci il, Sankt-Pb.

“Mehralı hazırda qarapapaq ulusunda görkəmli yer tutur... O dərəcədə qoçaq, cəsarətli və bacarıqlı idi ki, onu tutmaq qeyri-mümkün bir məsələyə çevrildi. Mehralını heç cürə aldatmaq mümkün deyildir. Bir də ki, biz artıq onu Osmanlı süvari qoşunlarının generalı rütbəsində görürük.”

                                                                                  ``Droeba`` gürcü qəzeti,1877-ci il, Tiflis.

``...Sözün qısası, Mehralı bəy kimi bir aslanı analar zor doğurur...``

                                                                 Ordu Mühümbaşkatibi Mehmet Arif bəy (XIX əsr)

``Türkiyə...  bir neçə min nəfərlik qoşun dəstəsinə komandanlıq edən Borçalı əsilli Mehralını hətta partizan generalı etmişdir.``

                                                                                         ``Tiflisskiy vestnik``qəzeti,1877-ci il.

``...Hanı sənin kimi ellərdə rəhbər,
Səndən ziya umar günlər, gecələr,
Çarşılarda əsnaf, köylərdə rəncbər,
Dağlarda çobanlar səni arayır...``

                                                                                                                Sivaslı Ruhsəti (XIX əsr)

``Qarapapaqlardan Borçalı Mehralı bəyin...1877-ci ildə öz qəfil hücum və basqınları ilə rus ordusunu vəlvələyə saldığı, yüzlərlə düşmən əsgərini qətlə yetirdiyi...arabalar dolusu ərzaq, poçt paketləri və s. gətirdiyi barədə maraqlı faktlar var...``

                                                                                          Akademik Ziya Bünyadov (XX əsr)

`` Qarapapaq boyundan igid Mehralı bəy düşmənlə vuruşdu, böyük ərliklər göstərib ``Mehralı bəy`` adında toplanan bir dastanın yaranmasına səbəb oldu, rəsmi tarixlərdə də bu ad öyülərək anladıldı...``


                                                                       Professor, doktor Fahrettin Kırzıoğlu (XX əsr)

``Mehralı Anadolunun adına dastanlar qoşulmuş ər igidlərindən, Osmanlı tarixinin şanlı qəhrəmanlarındandır...``

                                                                             Professor, doktor Ənvər Konukçu (XX əsr)

``Sultan Əbdülhamidin doğuda qurduğu ordu içindəki ``Qarapapaq Hamidiyyə Alayları`` başındakı Mehralı bəy böyük qəhrəmanlıqlar göstərdi...``

                                                                                   Professor, doktor Ensar Aslan (XX əsr)

``Mehralı Paşa da çox mərdlik etdi,
Mansurun evini yıxdı, dağıtdı ,
Hacı Vəlinin də toyunu tutdu...``

                                                                                                             Bəhri Əfəndi (XIX əsr)

``Loris –Melkon dedi: kəsdim arayı,
Kaptan Paşa mənə vurdu yarayı,
Mehralı bəy verməz oldu sırayı,
Qırıldı qazağım, peşman yeridi...``

                                                                              Rəmzi (XIX əsr)

``Topladı orduya otuz min kişi,
Eyvah, Mehralı bəy getdi, gəlmədi...``
``Bir-beş deyil, altmış köyün ağası,
Eyvah, Mehralı bəy getdi gəlmədi...``


                                                                                                          Toqatlı Püryanı (XX əsr)


Valeh Hacılar



ƏRƏNLƏR, ƏR IGIDLƏR

                  Şanlı qəhrəman, qarapapaq
                                                                                                        Mehralı Paşaya

Ərənlər, ər igidlər
Meydan-meydan vuruşub,
Torpaq-torpaq döyüşüb,
Millət deyə alışıb,
Vətən deyə ölərmiş.

Ərənlər, ər igidlər
Kəlmə-kəlmə süzülüb,
Sətir-sətir düzülüb,
Kitab-kitab yazılıb
Yenidən dirilərmiş.

1997





                Xəyalda ucalar kənd heykəlləri...

Türksoylu qarapapaqların məskunlaşdığı qədim Borçalı mahalını Başkeçid və Trialetə bağlayan qısa keçiddə, təbiətin əsrarəngiz gözəlliklərindən sığal görmüş dağların və meşələrin qoynunda Darvaz adlı bir kənd yerləşir. Mən Borçalının ağır ellərindən olan bu kənddə dünyaya göz açmışam. Şübhəsiz ki, böyük elin böyük də söz-söhbət, sevinc-kədər yükü var. Ağır ellərin həyatında ağlı-qaralı, acılı-şirinli xatirələr sonu görünməyən, silinməz izlər qoyur. El ağbirçəkləri və ağsaqqaları bu xatirələrin ləngərində dünyalarını dəyişərək özləri də xatirələşir, yeni gələn nəsillər isə o xatirələrin qoynunda boy ataraq yaşayır, onları əbədiləşdirməyə can atır və xəyalən, fikrən də olsa, həmin xatirələrdən bə`zilərini heykəlləşdirir. Və, beləcə, həyatda sonsuz, əbədi heykəlləşmə davam edir:
Xəyalda ucalar kənd heykəlləri,
Ucalar, başları göylərə çatar.
Neçə min ürəkdə, neçə min qəlbdə
Neçə min xatirə-heykəllər yatar...
Doğrudur, hər bir kənddə olduğu kimi bu kəndin də özünə əbədilik qazanan, başqa sözlə desək, könüllərdə heykəlləşən adları, yerləri çoxdur. Nümunə kimi qədim və yeni kənd məzarlıqlarını, çoxsaylı bulaq, körpü, dağ-dərə, yaylaq-binə adlarını (Quyu bulaq, Daş bulaq, Qırx bulaq, Sınıq körpü, Sulu dərə, Nazik su, Ağbaba, Şindi, Şamdüyə, Orta bulaq, Qara arxac) və s.göstərmək olar. ``Hərşənin ocağı`` və ``Boyalı`` ziyarətgahları da dünyadan köçmüşlərin və çağdaş kənd camaatının inam-e`tiqad ocağı kimi özünə əbədi həyat qazanmış, abidələşmiş and yerləridir. Uzun illərin və qərinələrin kənd əhalisinin yaddaşından silə bilmədiyi tayfa-nəsil adlarını da bu cərgəyə əlavə etmək yerinə düşər: Hacı öyü, Ovçu öyü, Xıdırlar, Osman öyü, Abbas öyü, Koxa Alılar, Gülməmməd öyü, Zurnaçılar, Rəfələr, Hasan öyü, Aşırlı, Əfəndi öyü, Eyublar, Salman öyü, Lesələr, Orduxan öyü, Alı öyü, Mehdi öyü, Xəlifələr, Martalar, Ocaq öyü, Cığılar, Paşanın  öyü, Qənbər öyü, Hacının öyü, Əzizlər, Palazdar, Isələr, Məsilli, Pənahlı, Muraddı, Düşmələr, Cifgələr, Əlləz öyü, Gəlmələr, Əmirri, Bişovullar, Ləzgi öyü, Vədəçıxlar, Loşqalar və başqaları. Bütün bunlarla yanaşı, xatirə-heykəllərdən ən ucasının öz işi, əməli və hünəri ilə əbədiyyət qazanmış, mahalının, el-obasının adını öz adı, öz şöhrəti ilə şöhrətləndirib şərəfi ilə  şərəfləndirmiş Insana məxsusluğunu da inkarolunmaz bir həqiqət kimi qəbul etməliyik.
Bu kəndin alimləri də çoxdu, şairləri də, həkim, mühəndis, müəllimləri də. Bir sözlə, oxumuş-ziyalılarına görə Borçalının ad almış ellərindən biridir. Fəqət bu elin bəxtinə mində bir kəndə qismət ola biləcək şanlı, igid bir oğul payı da düşüb. Qismətinə düşən bu payı özündə gizlətməyib bu kənd, qonşu türk obaları, elləri, vilayətləri, ölkələri ilə bölüşüb öz oğul payını.  XIX əsrin ortalarında dədə-baba yürdunun–Darvaz kəndinin bəxtinə düşən bu qarapapaq-türk oğlu 25 il sonra Borçalı mahalının, 30-40 il sonra isə Türk-Anadolu torpaqlarının, böyük Türkiyənin şanlı oğluna, bütün türklərin milli qəhrəmanına çevrilib. Və beləliklə, onun nəinki öz elində, öz mahalında, eləcə də Anadolu torpaqlarında, Ərəbistanda– Iraqda və Yəməndə belə mərdlik, qəhrəmanlıq mücəssəməsi olan xatirə-heykəlləri ucalıb, şöhrəti Türkiyə tarixinin qızıl səhifələrinə həkk olunub, adına dastanlar yaranıb.
Bu, Borçalı mahalının Darvaz kəndində dünyaya göz açan Mehralı, Rusiya, Türkiyə və Iran hökumətlərinin aradıqları, lakin ələ keçirilməsi mümkün olmayan qarapapaq qaçaq Mehralı, Qars könüllü süvari alayının rəhbəri minbaşı, albay Mehralı bəy və düşmən rusların, və ermənilərin qənimi Qarapapaq Hamidiyyə Alaylarının baş komandanı, türk milli qəhrəmanı, adı dillərdə dastan olan məşhur Mehralı Paşa idi.
Bu yerdə mərhum akademik Ziya Bünyadovun xeyirxah bir istə yini xatırladım. Görkəmli tarixçi ``Borçalı`` jurnalının 1-ci sayında yazırdı: ``Bir arzum var: Qazax-Borçalı mahalının tarixi ilə kimsə ciddi məşğul olmalıdır. Çünki, belə bir böyük və cəsur camaatın uzun əsrlər boyu halı və vəziyyəti haqqında hələ ki, ciddi bir söz nə deyilib, nə də ki yazılıb.`` Gələcəkdə gerçəkliyə çevriləcəyi şübhəsiz olan bu istəklə bağlı bir həqiqəti də düşündüm ki, xalqın qəhrəmanlıq tarixini yaradan məhz Mehralı bəy kimi şəxsiyyətlərdir. Odur ki, təkcə borçalıların yox, Anadolu türklərinin də qeyrət, qəhrəmanlıq rəmzinə çevrilən bu igid insanı doğma ellərimizə bəxş edən Ulu Tanrıya şükürlər dilədim.
Çar Rusiyası və sovetlər dövründə gerçək tarixi hadisələrin mahiyyətinə varmadan, mövcud ictimai-siyasi quruluşun və ideologiyanın mənafeyi naminə qondarma, saxta ``qəhrəmanlar``dan çox yazılıb, çox danışılıb. Amma, təbii ki, zaman keçdikcə Ulu Tarix özünün Mehralı bəy kimi gerçək qəhrəmanlarını üzə çıxarır, onları öz səhifələrində əbədiləşdirir, ölümsüzləşdirir.
Qardaş Türkiyədə, Anadolu ellərində ``Ikinci Koroğlu``, ``Ikinci Battal Qazi`` kimi şöhrətlənmiş Mehralı bəyin həyat kitabının türk, rus, gürcü rəsmi tarixi mənbələri üzərində yenidən işlənmiş və təkmilləşdirilmiş ikinci nəşrini oxucuların ixtiyarına verirəm.


   Valeh Hacılar,
                                                                  Gürcüstan Ədəbiyyatşünaslıq
                                                Akademiyasının həqiqi üzvü, professor






        Mənbələr, Qaynaqlar


        ``Mehralı bənzəyir Urustam-Zala...``
                                                                          Aşıq Şenlik

1990-cı ilin noyabr ayı idi. Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin həyatındakı unudulmaz günlərdən birində, Atatürk Universitetinin tanınmış alimləri–folklorşünas professor Bilgə Seyidoğlu və tarixçi professor Ənvər Konukçu ilə görüş zamanı Ənvər bəyin ilk sorğusu gözlənilməz oldu: ``Borçalı Mehralı bəyi eşidib-biləniniz varmı?.``  Bu qəfil sualdan diksinən kimi oldum, həyəcanlandım, tez də: ``Bizim köydən olub, Darvazda çoxlu əqrəbaları var, elə məni də onlardan biri hesab edə bilərsiniz, əfəndim``–dedim. Ənvər bəy: ``O, Anadolunun adına dastanlar qoşulmuş ər igidlərindən, Osmanlı tarixinin şanlı qəhrəmanlarındandır. Mehralı bəyin igidliyi dillər əzbəridir, o bütün türklərin milli qəhrəmanıdır. Şükürlər olsun ki, burada onun yerlisini, əqrəbasını görmək də bizə nəsib oldu``–deyərək məni bağrına basdı. Bilgə Seyidoğlu öz həmkarının fikrini təsdiqləyərək Mehralı bəyin Anadolu xalq ədəbiyyatının, aşıq yaradıcılığının məşhur surətlərindən olduğunu söylədi. Qəlbim fərəhlə doldu. Istər- istəməz Çıldırlı Aşıq Şenliyin bir şe`rindəki aşağıdakı misraları xatırladım.
Mahmud oğlu deylən bir ətdən qala,
Mehralı bənzəyir Urustam-Zala,
Ismayıl baş əyməz yeddi krala,
Düşməyin onnarnan bəsə, əfəndim...

Hökm olunsa, min qazağı çalallar,
Onnarı görənnər məəttəl qalallar,
Ustadlardan əhli-mərfət alallar,
Müşdahdılar saza-sözə, əfəndim.

Aşıq rəvayətlərinə görə, Borçalıda dillər əzbəri olan bu şe`ri ustad aşıq Şenlik çamdralı Dursun bəyin evində qonaq olarkən bədahətən söyləmişdir. Sənətkarın məclisində əyləşən vilayət başçısı Qazı Əfəndi Şenlikdən adıbəlli Borçalı ərənləri haqqında soruşanda aşıq, göründüyü kimi, özünə xas olan sənətkarlıqla qaçaqların tə`rifini dinləyicilərə təqdim etmiş, burada Mehralının da adını çəkərək onu Rüstəm Zala bənzətmişdir. Şe`rin Anadolu variantında bu misra ``Mehralı deyilən–şahin quşları`` kimi də söylənməkdədir (Bax: E. Aslan, Çıldırlı Aşıq Şenlik, Ankara, 1975, səh.196). Borçalı aşıqlarının, o cümlədən ustad Kamandarın ``Qaraçı`` saz havasına böyük həvəslə oxuduqları, uşaqlıqdan yaddaşımıza hopan bu şe`rdən savayı daha nəyi, hansı ədəbi-bədii və ya tarixi mənbəni xatırlaya bilərdim ki?...
Aşıq rəvayətlərindən və kəndimizin ağsaqqallarından gənc Mehralının qaçaqlıq fəaliyyətinə dair az-çox bilgi toplasaq da, onun sonrakı–Türkiyədəki taleyindən doğru-dürüst mə`lumat əldə etmək yaşadığımız ictimai quruluş şəraitində müşkül məsələ idi. Mehralı bəyin rus-türk müharibəsinin ünlü qəhrəmanlarından olmasını ucdan-qulaqdan eşitsək də, maraq göstərməmək, arayıb-axtarmamaq, susmaq məcburiyyətində idik və bu da, şübhəsiz ki, təbii bir hal idi. Yeganə səbəb isə Mehralı bəyin ruslara və ermənilərə qarşı vuruşub türk torpaqlarını düşməndən qoruması idi . Və yazıqlar olsun ki, uzun illər Mehralı bəyin Türkiyə tarixindəki şanlı mövqeyindən xəbərsiz olmuş, onun Anadoluda, Qafqazda, Ərəbistanda, o cümlədən Iraqda və Yəməndə göstərdiyi igidliklərdən yüzdə birini də eşidib-bilməmişik. Türkiyəli alim dostlarımızın Gürcüstana gəlişi, görüşü, görkəmli tarixçinin Borçalının qəhrəman oğlu barəsindəki ilkin mə`lumatları məni igid Mehralı bəyin Türkiyədəki həyatına və fəaliyyətinə dair daha ətraflı bilgilər toplamağa həvəsləndirdi. Qardaş diyarın Ərdahan, Qars, Ərzurum, Sivas, Malatya, Qaziantəp, Kilis, Trabzon və digər şəhərlərində tarixçilərlə, filoloqlarla, aşıqlarla görüşlərim, Anadolu tarixinə, ədəbiyyatına dair mənbələrlə tanışlığım Mehralı bəyə aid zəngin və çox qiymətli mə`lumatların əldə olunması ilə nəticələndi. Türkiyənin Borçalı əsilli milli qəhrəmanı, düşmən rusların və ermənilərin qənimi, Borçalı, Qars-Ərdahan-Ərzurum və bütün Doğu Anadoludakı qəhrəmanlıq şöhrətini Ərəbistan torpaqlarında–Bağdadda daha yüksəklərə qaldıraraq Yəməndə şəhidlik zirvəsinə qovuşan igid Mehralı Paşa haqqında müxtəlif türk mənbələri nə yazır? Türk ədəbi-mədəni və hərb tarixinin Borçalının qəhrəman övladının adı ilə bağlı qızıl səhifələrini vərəqlədim və əsasən türk mənbələri üzərində işləyib hazırladığım ``Qarapapaq Mehralı bəy`` adlı kitabımı 1996-cı ildə Tbilisidə nəşr etdirib yurdsevər soydaşlarıma çatdırdım. Kiçik həcmli bu kitab Gürcüstanda, Azərbaycanda və Türkiyədə əldən-ələ gəzdi, geniş oxucu kütləsinin rəğbətini qazandı. Mən də boş durmadım, kitabda oxucularıma verdiyim sözə əməl edərək şanlı sərkərdənin gerçək həyat yolunun açılmamış səhifələri sorağında araşdırmalarımı davam etdirdim, axtarışlarımın sərhədlərini, mənbə və qaynaqların əhatə çevrəsini xeyli genişləndirdim.  Ola bilməzdi ki, XIX yüzilliyin rus və gürcü mənbələri, o cümlədən dövri mətbuat belə bir şöhrətli, cəsur insan haqqında söz deməyib susaydı. Zənnimdə yanılmadım. Nəinki rus, gürcü, erməni, hətta fransız mətbuatında, eləcə də Tiflis, Moskva, Peterburqun rəsmi arxiv sənədlərində Mehralı bəy barədə düşündüyümdən daha çox mənbə və mə`lumatların mövcudluğunu aşkarladım.
     Parisdə fransızca dərc olunan ``TEMPS``, Sankt-Peterburqda çıxan ``Qolos``, Tiflis qəzetləri ``Tiflisskiy vestnik`` (rusca) ``Droeba`` (gürcücə)  və ``Mşak`` (ermənicə) Mehralı bəyin fəaliyyətindən bu igid insanın sağlığında dönə-dönə bəhs etmiş, rəqib mövqeyində dayanıb, Osmanlı tərəfdə vuruşmasına baxmayaraq, onun həm qaçaqlıq, həm də sərkərdəlik bacarığına və döyüş məharətinə məftunluğunu, həsədlə də olsa, gizlədə bilməmiş, bilərəkdən, ya bilməyərəkdən bu mərd insanın qəhrəmanlıq təcəssümünü tarixin səhifələrinə həkk etmişdir. Mətbuat Mehralının adı çəkiləndə belə qorxudan tir-tir əsən erməni milis dəstələrinə, alman, duxabor və yunan koloniyalarının sakinlərinə rişğəntlə, acı-acı gülmüş, Mehralını cəsur, ağıllı və bacarıqlı bir döyüşçü kimi səciyyələndirərək qorxaq, cəsarətsiz adamlara qarşı qoymuşdur.
Gürcüstan Mərkəzi Tarix Arxivindəki (GMTA) rəsmi sənədlərdə Mehralının müharibə ərəfəsində Şimali Qafqaza keçməsi, Tiflis, Sığnaq, Telav qəzalarında axtarılması, onun yerlərdəki dostları və düşmənləri barədə maraqlı mə`lumatlar əldə etdik. Qafqaz Dairə Qoşunları rəisinin, qubernator və qəza rəislərinin ardıcıl məxfi yazışmalarında Mehralının ən yüksək hökumət dairələri tərəfindən daima axtarılması, lakin ələ keçirilə bilməməsi tam aydınlığı ilə əks olunub üzə çıxır.
Mehralı bəyin Türkiyədə aşkarlanan nadir foto şəkilləri, Qarsın şəhər mərkəzində qəhrəmanın adına böyük bir məktəbin açılması (1999-cu il), Türkiyə televiziyasında onun barədə verilişlərin təşkil olunması, bir sıra yeni türk qaynaqları və araşdırmaları məni daha da həvəsləndirdi. Bir sözlə, kitabın rus, türk və gürcü mənbələri əsasında yenidən işlənmiş və təkmilləşdirilmiş daha mükəmməl nəşrinin işıq üzü görməsi və oxuculara çatdırılması zərurəti yarandı.
Onu da qeyd edək ki, türk mənbələrində Mehralının özü və ailəsi haqqında bə`zi mə`lumatlar namə`lum səbəblər üzündən qeyri-dəqiq verilmişdir; hətta atasının adı Məmli  olduğu halda, nədənsə, səhvən Abdulla  kimi göstərilmişdir. ``Qarapapaq Mehralı bəy`` kitabımda türk mənbələrinə söykənərək bu yanlışlığı biz də təkrar etmişdik. Yeni nəşrdə isə bütün bunlar rəsmi arxiv sənədləri əsasında dəqiqləşdirilmiş, Mehralının nəinki atasının, hətta babasının və ulu babasının adları və təvəllüd tarixləri müəyyənləşdirilmiş, qəhrəmanın soykötüyü (şəcərəsi) də bu tarixi sənədlər əsasında yenidən tərtib olunmuşdur. Oxucu həmin çağlarda bölgədəki ictimai-siyasi mühitə və əhalinin sosial durumuna dair bilgilərlə də bu kitabda tanış ola biləcəkdir. Yeni nəşr əvvəlkinə nisbətən çeşidli foto materiallarla və bir sıra rəsmi sənəd surətlərinin əlavəsi ilə daha da zənginləşdirilmişdir.
       Türk mənbələri içərisində Osmanlı tarixinin ən görkəmli şəxsiyyətlərindən olan Qazi Əhməd Muxtar Paşanın Mehralı bəy barədə yazdıqlarını ilk növbədə və xüsusi qeyd etmək istərdim. 1877-1878-ci illər rus-türk müharibəsində Anadolu ordusunun baş komandanı tə`yin olunan, altı ay ərzində Qars bölgəsində baş vermiş dörd meydan müharibəsində üst-üstə rusları məğlub edən və ``Qazi`` müqəddəs, fəxri rütbəsinə layiq görülən bursalı marşal Qazi Əhməd Muxtar Paşa (1839-1919) 1911-ci ildə Osmanlı hökumətində əyan məclisi rəisi, bir il sonra isə sədrəzəm (baş vəkil) olmuşdur. Məhz bu illərdə o, özünün ``Sərgüzəşti-həyatımın cildi sanisi`` əsərini tamamlayaraq 1912-ci ildə Istambulda, ``Məktəbi-Hərbiyyə`` mətbəəsində nəşr etdirmişdir. Əhməd Muxtar Paşa sonralar bir neçə dəfə işıq üzü görən bu əsərində ``Tərəkəmə-Qarapapaq`` və yaxud ``könüllü`` adlandırılan Mehralı bəy alayının döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıqları həvəslə qələmə almış, Mehralı bəyin igidliklərini gələcək nəsillərə bir örnək kimi təqdim etmişdir. Müəllif öz oxucularına qəhrəmanın doğma yurdu, mahalı, kəndi haqqında yerli-yataqlı mə`lumat verməyi də unutmamışdır.
Baş komandan Əhməd Muxtar Paşanın Ordu Mühüm Baş Katibi olaraq döyüşlərin əksəriyyətini öz gözləriylə görmüş, Mehralı bəyin igidliklərinin canlı şahidi ərzurumlu Mehmet  Arif bəyin (1845-1897) ``Başımıza gələnlər`` adlı irihəcmli əsəri Osmanlı hərb tarixinə həsr olunmuş ən sanballı və yararlı mənbələrdən biri hesab olunur. Əsərdən aydın olur ki, onun müəllifi zəmanəsinin mədəni və mükəmməl təhsil görmüş şəxsiyyəti olmuşdur. M. Arif bəyin ``Başımıza gələnlər `` əsəri ilk dəfə 1903-cü ildə Misirin ``Bulak`` mətbəəsində, 1910-cu ildə isə Istanbulda ərəb əlifbası ilə nəşr olunmuşdur. Kitabı latın qrafikasına çevirən Nihad Yazar onu 1973-cü ildə yenidən nəşr etdirir. Nəşrə ön söz yazıb xeyir-dua verən Türkiyənin ən məşhur siyasi xadimlərindən olmuş Alparslan Türkeş əsəri belə dəyərləndirib: ``Bu kitabı Hərb Məktəbi öyrəncisi olduğum sıralarda oxumuşdum. Daha sonraları, subaykən eyni əsəri əldə edərək kitablığıma qoymuş və zaman-zaman təkrar oxumuşdum. 1944-cü ildə millətçilik olayı səbəbilə evimdən bütün kitablarım götürülmüşdü. Və Istanbul Əmniyyət Müdirliyində qeyb olunaraq bir daha geri alınması mümkün olmamışdı. Qeyb olunmasına ən çox üzüldüyüm kitablardan birisi də bu əsər olmuşdu. 1960-cı ildə Hindistana getdiyim zaman elçiliyimizin kitablığında təkrar bu əsəri bulmaq məni çox sevindirmişdi. Adəta əski bir dostu bulmuş kimi olmuşdum. Qürbət eldə M. Arif bəyin ``Başımıza gələnlər`` kitabını yenidən bir neçə dəfə oxudum. Yazar türk millətinin bir cocuğu olaraq millətimizin fəlakətinə səbəb olan  qüsurları və xətaları çox iyi bir şəkildə incələyərək ortaya qoymuşdur. Daha yüz il öncə kürtçülük məsələsinin iç üzünə barmaq basmışdır. Və bizi bu gün kökü dişarda olan kışkırtmalar haqqında aydınlatmışdır. Ayrıca erməni məsələsini və dövlət idarəsindəki axsaqlıqları, kalkınmış ölkələrlə aramızdakı fərqləri, olayları dəyərləndirərək gözlər önünə sərmişdir. Bu gün türk gəncliyinin bu əsərdən əldə edəcəyi çox yararlar vardır``.
Tarixi, dini və s. əsərləri ilə məşhur alim və ədib kimi tanınmış, həyatının sonuna qədər Ərzurum, Istanbul, Qahirə və başqa şəhərlərdə ədliyyə və hüquq orqanlarında məs`ul vəzifələrdə çalışmış Mehmet Arif bəy həm də hökumətin və xalqın rəğbətini qazanan dövlət xadimi idi. O, uzun müddət Doğu Anadoluda, Trakiya və Çatalca cəbhələrində, Girid üsyanında və Misirdə Qazi Əhməd Muxtar Paşanın yanında Baş Katib vəzifəsində çalışmışdır (1897-ci ildə Misirdə xəstələnərək müalicə məqsədi ilə Istanbula qayıdan M. Arif bəy 1897-ci ildə 52 yaşında vəfat etmiş və Topqapıdakı Mərkəzəfəndi məzarlığında dəfn olunmuşdur. Yeri cənnət olsun, qəbri nurla dolsun !).
M. Arif bəy müharibənin sonunadək qarapapaq Mehralı bəylə bir cəbhədə xidmət etmiş, onun qəhrəmanlıqlarını gözləri ilə görmüş və özünün çox qiymətli tarixi əsərində bu cəsur, mərd, vətənpərvər insana ayrıca bölmələr həsr edərək onun həyatı, şəxsiyyəti və fəaliyyəti barədə ürəkdolusu, fərəh və fəxrlə dönə-dönə söhbət açmışdır. Hörmətli oxucularım kitabı vərəqlədikcə bunu daha aydın hiss edəcəklər.
Türkiyədə dəfələrlə nəşr olunmuş ’’Islam ensiklopedisi’’nin VI cildində Mehralı bəy saysız-hesabsız qəhrəmanlıqları sayəsində şan-şöhrət qazanaraq dillərdə dastanlaşmış ən şərəfli qarapapaq oğlu, qarapapaqların rəhbəri və sərkərdəsi kimi təsvir olunmuşdur: ’’Qarapapaqlar 1877-1878 hərbində, Qazi Əhməd Muxtar Paşanın komandası altında böyük qəhrəmanlıqlar göstərmişlərdir. Rəisləri Mehralı bəyin dastanlaşmış olan şücaəti saz şairlərinin mövzusunu təşkil etmişdir... Bu qəhrəman Qarsın süqutundan sonra qüvvətləri  ilə bərabər Sivasa çəkilmişdir. 1895-ci ildə Şərqi Anadolu əşirətlərindən ibarət olmaq üzərə, sultan II Əbdülhamid tərəfindən qurulan əsgəri təşkilat içində bu qüvvətləri ’’Qarapapaq Hamidiyyə alayları’’ halında görürüz...’’ (s. 330).
Tarixi mənbələr sübut edir ki, Şimali Azərbaycanın Qazax-Şəmsəddin xanlığının tabeliyində olan Borçalı və Qazax bölgələrinin 1828-ci il Türkmənçay müqaviləsinə əsasən ruslara verilməsindən sonra öz dədə-baba yurdlarını buraxaraq Qarsa ilk köç edən Çıldır qarapapaqlarıdır. Onlardan biri də məşhur Aşıq Şenliyin babası Qədir ağa idi. Qazax, Borçalı və Ağbaba bölgələrindən Qarsa ikinci tərəkəmə köçü 1921-ci ildə olub. ``Xalq arasında ``Tərəkəmə`` sayılan Tiflis borçalılarından bir qismi 1921-ci ilin yazından e`tibarən 15 il içində sığınma və köç yolu ilə Sovet idarəsindəki yerlərindən gələrək Qarsın mərkəz, Gölə və Sarıqamış qəzaları köylərinə yerləşmişlər``.  Ensar Aslan əvvəlcə göstərdiyimiz əsərində yazır ki, Gürcüstan tərəkəmələri Borçalıdakı Orzuman, Qarayazı, Kəpənəkçi, Qazax bölgəsindəki Soyuq bulaq, Tiflis civarındakı Darvaz, Bəzəkli, Yırğançaq, Qəmərli, Ağalıq, Faxralı, Axılkələyin Xosbiyə, Göyyə və Lebis köylərindən gəlmişlər.`` Tədqiqatçı onu da qeyd edir ki,1854-1855 savaşlarında Qarsdakı bə`zi qarapapaqlar Qaragözə və Sivasa köçdülər. ``93 savaşları (1877-ci ildə) sırasında Sultan Əbdülhamidin doğuda qurduğu ordu içində ``Qarapapaq Hamidiyyə Alayları`` da vardı. Bunların başındakı Mehralı bəy böyük qəhrəmanlıqlar göstərdi. Fəqət 93 savaşlarından sonra Qarsın ruslara qalması üzərinə Mehralı bəyə bağlı olan birlikləri təşkil edən qarapapaqlar Sivasa köçdülər. Oradan da Tokat və Amasyaya bir qisim qarapapaq köçü oldu``. Onu da əlavə edək ki, həmin köçlə gedən qarapapaqların törəmələri hazırda Tokatın Zilə qəzasının Süleymaniyyə, Fatih , Hatippınarı, Osmanpınarı, Çiçəkpınarı kəndlərində, Amasyanın Suluova qəzasının Alabədir, Ayrançı, Qorudüzü və Alakadı kəndlərində yaşamaqdadır.
Görkəmli tarixçi Fəxrəddin Kırzıoğlu ``Kars tarixi`` monoqrafiyasının 1-ci cildində rus-türk müharibəsinin Doğu Anadolu cəbhəsindən bəhs edərək yazır ki, 1877-ci ildə Qarsın əhalisi 20 min idi. Anadolu ordusunun baş komandanı tə`yin edilən marşal Əhməd Muxtar Paşa vaxtında Qarsa gələrək düşmən hücumuna qarşı hazırlıq görmüşdü. 1877-ci il aprelin 24-də Arpaçaydan sərhədi keçən erməni əsilli rus ordu generalı ``Loris Melikov idarəsindəki rus ordusu irəliləyincə, öncədən baş komandandan qoparılan izinlər, Qarapapaq boyundan igid Mehralı bəyin başçılığında Qars köylərindən beş yüz könüllü atlı toplanaraq ordunun yanısıra və ona bağlı olaraq 8 ay düşmənlə vuruşdu, böyük ərliklər göstərib ``Mehralı bəy`` adında toplanan bir dastan yaratdı. Rəsmi tarixlərimizdə də bu xüsus öyülərək anladıldı. ``Qazi`` ünvanını rəsmən Əhməd Muxtar Paşaya verdirən də məhz bu döyüşlər oldu`` (s.552).
Bu və ya digər tarixi əsərlərdə diqqəti çəkən bir cəhəti də xüsusi olaraq qeyd etmək istərdim. Qətiyyətlə demək olar ki, 1877-1878-ci illər rus-türk müharibəsinin Doğu Anadolu cəbhəsindən bəhs edən əksər tarixi mənbələrdə üç nəfər: Əhməd Muxtar Paşa, Mehralı bəy və bir də Kaptan Mehmet Paşa öz cəsarətləri və igidlikləri ilə ən qabarıq nəzərə çarpan, ən çox qeyd olunan və şöhrətlənən şəxsiyyətlərdir. Bu cəhət tarixi mənbələrdə olduğu kimi, Anadolu xalq ədəbiyyatında, aşıq şe`rində də özünü aydın göstərməkdədir.
      Akademik Ziya Bünyadov da ``Borçalı`` jurnalının ilk sayında (1993, ¹1, s.1 dərc etdirdiyi ``Qarapapaqlar`` adlı məqaləsində Mehralı bəyin qəhrəmanlığını xüsusi qeyd edərək onun mərd, cəsur bir türk övladı olduğunu xatırladır: ``...Qarapapaqlar da rus-türk müharibələri, erməni işğalları dövründə dastanlara layiq qəhrəmanlıqları ilə böyük fədakarlıq göstərmişlər. Qars vilayətində qarapapaqlardan Borçalı Mehralı bəyin 1877-ci ilin əvvəlində Qars kəndlilərindən təşkil etdiyi beş-altı yüz könüllü atlısıyla minbaşı rütbəsinə tə`yin edildiyi, öz qəfil hücum və basqınları ilə rus ordusunu vəlvələyə saldığı, yüzlərlə düşmən əsgərini qətlə yetirdiyi, baş komandanın hüzuruna iki-üç yüz ordu atı, minlərcə ətlik qoyun, arabalar dolusu ərzaq, poçt paketləri gətirdiyi barədə maraqlı faktlar var...müharibə sona yetdikdə o, öz atlıları ilə birlikdə Sivasa köçmüş, 1890-cı ildə orada Hamidiyyə Süvari alayının rəhbəri olmuşdur``.
Bizim üçün olduqca dəyərli mənbələrdən biri də Sivasdakı Cümhuriyyət Universitetinin  fən-ədəbiyyat fakültəsinin əməkdaşı, folklorşünas-alim Doğan Kayanın 1984-cü ildə ``Xalq Kültürü`` dərgisində (¹4) dərc etdirdiyi ``Bir dastan qəhrəmanı: Mehralı bəy`` adlı məqaləsi oldu. Sivasdakı qarapapaqların folkloru ilə ilgili bir neçə elmi məqalə çap etdirmiş D.Kayanın əslən Mehralı bəyin kəndi Acıyurddan olması tədqiqatçının imkanlarını xeyli artırmış və onu bu istiqamətdə materiallar toplayıb elmi araşdırmalar aparmağa həvəsləndirmişdir. Tədqiqatçı özü bunu belə açıqlayır: ``Mehralı bəyin köyündən olmam (Acıyurd-Sivas) dolayısıyla cocuqluğum həp bu uca kişinin  qəhrəmanlıqlarını dinləməklə keçdi. Xalqımızın ``Ikinci Koroğlu``, ``Ikinci Battal Qazi`` olaraq vəsfləndirdiyi Mehralı bəyi incələyib yazmaq fikri də bundan qaynaqlanmışdır``.
D. Kayanın məqaləsini dəyərləndirən amillərdən ən başlıcası tədqiqatçının tarixi mənbələrlə yanaşı, həm də canlı qaynaqlara istinad edərək yeni bilgiləri yazıya almasıdır. O, Mehralı bəyin qohum-əqrəbası, nəvə-nəticələri ilə görüşüb söhbət etmiş, bu igid insanın həyatına dair əldə etdiyi dolğun və maraqlı mə`lumatlardan istifadə etmişdir. Bundan başqa həmkarımız bölgə aşıqlarından, tokatlı və malatyalı sənətkarlardan bə`zilərinin Mehralı bəyə həsr etdikləri şe`rləri ilk dəfə toplayıb dərc etdirmişdir. D. Kayanın yazdığına görə bu, qəhrəmana ithaf olunan şe`rlərin bir qismidir: ``Mehralı bəyin həyatı oxunan zaman bə`zi bölümlər oxucularımıza məntiqsiz gələ bilər. Bunu söyləyəlim ki, bunların həpsi də həqiqətdir. Bu yüzdəndir ki, xalqımız onu ucaltmış, bir dastan qəhrəmanı olaraq görmüş, haqqında saysız dastanlar söyləmişdir. Heyif ki, bunların çox azı əlimizdə mövcuddur...``.
Tarixi mənbələrdə Mehralının adı bə`zən ``Möhür Alı`` kimi də göstərilir. D. Kayanın yazdığına görə ona el arasında da belə deyirlərmiş və ``bu, xalqımızın yakışdırmasıdır``. Heç şübhəsiz ki, Mehralı kimi məşhur igidin bir sözünü iki edən olmazdı və onun dediyi möhür kimi qüvvədə olub icra edilməli, danışıqsız yerini almalı idi. Çox güman ki, xalq məhz bu səbəbdən Mehralıya ``Möhür Alı`` ayaması vermişdi ki, bu da təbii qəbul olunmalıdı. Doğan bəy Mehralının keşməkeşli, macəralarla dolu həyatını başdan-başa bir film mövzusu adlandırır və qeyd edir ki, ``Yazımızı konu (mövzu) bulmaqda çətinlik çəkən, hətta bəsit konularla türk kinosevərləri rahatsız edən film şirkətlərinin də diqqətlərinə ərz edirik. Bu yazıdan xəbərdar olmalarını arzu edərdik``.
Mehralı bəyin həyat hekayəsi ilə tanış olan hər kəs bu fikrin həqiqiliyinə zərrəcə şübhə etməz və gələcəkdə bu cəsur,  mərd insanın qəhrəmanlıqlarını əks etdirən bədii bir filmin yaranmasını gerçəkdən arzulayardı. Bu arzuya ürəyimdən keçən bir istəyi də –Mehralı bəyin doğulub boya-başa çatdığı, suyunu içib havasını udduğu, torpağından güc alıb səcdə etdiyi və bir zamanlar həsrətilə yanıb- qovrulduğu, adıyla adını, şöhrətilə şöhrətini ucaltdığı doğma Borçalı mahalında onun igid övladının abidəsini görmək istəyini də əlavə etmək istərdim. Arzularımızın nə vaxtsa gerçəklənəcəyinə də inanıram. Inşallah!
Qəhrəmanın ikinci vətənində–Türkiyədə isə onun adını əbədiləşdirən və ölməzliyə qovuşduran çoxsaylı abidələr–ədəbi əsərlər vardır. Bu əsərlər Mehralı bəyin öz sağlığında və dünyasını dəyişəndən sonra yaranan, onun həyatını, igidliklərini və vəfatını təsvir edən mənzum dastanlar, rəvayətlər, mahnılar, ağılar və xatirələrdir. Dastanları dəfələrlə çap olunan, mahnıları audio və video albom-disklərə, qrammofon vallarına yazılan, rəvayətləri və xatirələri dillər əzbəri olan Mehralı bəyin ən böyük abidələrindən biri də xalq ağzında ``Mehralı bəyin köyü``, ``Papaqlı köy`` adlandırılan Acıyurd kəndi və Sivas mahalında əbədi məskunlaşan digər qarapapaq elləridir.
Qarslı Aşıq Sadığın ``Mehralı bəy dastanı`` da qəhrəmana ithaf olunmuş ən önəmli ədəbi abidələrdən biridir və onu əvvəlcədən oxuculara təqdim etməyi daha məqsədəuyğun bildik. Bu əsəri oxucuların sonradan ətraflı tanış olacaqları hadisələrə bir növ yığcam, poetik giriş də adlandırmaq olar:

Ey ağalar, bəylər, bizim ellərdə
Qoçaqlıqdan yana birdi, Mehralı.
Cahallıq eyləyib dağlarda gəzdi
Epey zaman qaçaq durdu Mehralı.

Ibtida gözündən düşdü dövlətin,
Sonu gözə girib buldu rəğbətin,
Cahana tanıtdı şanın, şövkətin,
Bir eşsiz namıdar, ərdi Mehralı.

Qan-qovğa qopanda Qarsın başına
Doxsanüçdə baxdı yurdun işinə,
Dörd-beş yüz atlıyı yığdı peşinə
Moskovun cənginə girdi Mehralı.

Muxtar paşa qıydı ona nişanı,
Başladı tökməyə xain düşmanı,
Şanı tutdu bütün Qafqazistanı
Qoçaqlardan düzdü ordu Mehralı.

Orduyi-Islama rəhnümün  oldu,
Tanrı Arslanı şad, məmnun oldu,
Düşmən güzərgahı həp pürhun  oldu,
Leşlərini yerə sərdi Mehralı.

Komandir, qazağı həp bidar  etdi,
Rahat yatammadı, can-bezar etdi,
Loris də əlindən əl-həzar etdi,
Gecə qərargahlar yardı Mehralı.

Moskov ordusuna çox dəhşət saldı,
Hər hərəkətlərin kəşf edib bildi,
Osmanlı əsgəri tədabir aldı
Düşmana tuzağı qurdu Mehralı.

                             Adını duyanda rusun saldatı
Qoparırdı ``Mamaa`` deyin fəryadı,
Moskova xof saldı mərdanə adı
Gözlərin qurdunu qırdı Mehralı.

Rusu Şürəgəldə peşman eylədi,
Yollarını kəsib hüsran eylədi,
Taburların yerlə yeksan eylədi,
Ən dilavərlərin yordu Mehralı.

Məl`un Hacı Vəli gör nə iş tutdu,
Beş qəpiyə dinin, namusun satdı

Qarsın təsliminə çox ğayrət etdi
Onu, sağ, paşaya verdi Mehralı.

Xudanın mükəddər  günü gələndə,
Bu hal ilə Məhşər günü gələndə,
Düşmanların zəfər günü gələndə
Ciyərinə dağlar vurdu Mehralı.

Ağlaya-ağlaya yurdu tərk etdi,
Atlıların çəkib Sivasa getdi,
Neçə əhli-mərəz şəfaya yetdi
Düşmana bir taun,  çordu, Mehralı.

Alnına yazılmış qara yazılar,
Murada yetmədi–ağlar, sızılar,
Xəbəri gətirdi bə`zi bə`zilər
Qarsı hər gedəndən sordu Mehralı.

Aqibət ona da bu fani cahan
Yar olmadı, köçdü, qalmadı mehman,
Cənnəti-ə`lada tutdu bir məkan
Qazilər yanına vardı Mehralı.

                            Qani Rəhman rəhmət eyləyə ona,
Əzim hizməti var dinə, vatana.
Ellərimiz daim adını ana,
Sevərdi könüldən yurdu Mehralı.

Sadığın fələyə meydanı qaldı,
Qıydı o igidə, nam, şanı qaldı,
``Ikinci Koroğlu`` dastanı qaldı
Söylənir dillərdə Mərdi-Mehralı.

Həmin dövrün tanınmış sənətkarı, ``iyi bir əhli-dil`` olan Aşıq Sadığın  Mehralı bəyin igidliklərini tərənnüm edən bu mənzum dastanı 1941-ci ilin dekabrında ``Çinaraltı`` məcmuəsində və Ismayıl Sevükün 1943-ci ildə Istanbulda işıq üzü görən ``Yurddan yazılar`` adlı kitabında qismən, 1948-cü il may ayının 15-də isə ``Kars`` qəzetində bütöv şəkildə dərc olunub. Onu da  qeyd etmək lazımdır ki, I. Sevük xatırladılan kitabında və 1937-ci ildə ``Cümhuriyyət`` qəzetində Mehralı bəy barədə məqalə də  dərc etdirmişdir. Aşıq Sadığın bu poetik dastanı sonralar Kırzıoğlu M. Fahrettinin ``Ədəbiyyatımızda Kars`` (II kitab, Istanbul, 1958), E. Aslanın Şükri Armağaninin N.U.E.F. Armağan dizisində dərc etdirdiyi məqaləsində (Ankara, 1983, s.11-17), Doğan Kayanın ``Bir dastan qəhrəmanı: Mehralı bəy`` məqaləsinin sonunda (s.89) da çap olunmuşdur.
Mehralı bəyin özü, qəhrəmanlıqları, ona qoşulan şe`rlər və bizi maraqlandıran digər məsələlər barədə Ismayıl Hami Danışməndin ``Izahlı Osmanlı tarixi xronolojisi``ni (IV cild,  Istanbul, 1972), Kemal Zəki Gencosmanın  `` Türk dastanları``nı (Istanbul, 1972, s.142-149), Orhan Yeniarasın ``Karapapaq və tərəkəmələrin siyasi və kültür tarihinə giriş`` (Istanbul, 1994), M.F. Kırzıoğlunun ``Karapapaqlar`` əsərini  (Ərzurum, 1972), A.N. Kuratın ``Rusiya tarixi``ni (Ankara, 1948), ``Həyat Tarix məcmuəsi``ni (¹6, s. 80, Istanbul, 1970), Ihsan Sürəyya Sırmanın ``Osmanlı dövlətinin yıkılışında Yəmən üsyanları`` kitabını (Istanbul, 1980),  ``Yıllarboyu Tarix Dərgisi``ni (1983-cü ilin fevral sayı) və bir çox başqa mənbələri də qaynaq kimi göstərmək olar. Kitabı yazmaqda əsas məqsədimiz Mehralı bəy barədə daha ətraflı mə`lumat vermək, şanlı sərkərdəni xalqa daha yaxından tanıtmaq, gənclərə və gələcək nəslə bir örnək kimi təqdim etməkdir.




XIX yüzilliyin ilk yarısında Borçalıda ictimai-sosial                             durum


1801-ci ilin 12 sentyabrında Kartli-Qaxet çarlığı ləğv olunaraq Rusiyaya birləşdirildi. Qazax və Şəmşəddil sultanlıqları da Şərqi Gürcüstanla, Borçalı ilə birlikdə Rusiyaya qatıldı. Yeni yaranmış əyalət və dairələri Qafqazın baş komendantının tə`yin etdiyi komendantlar–rus zabitləri idarə edirdi. Əyalətlər mahallara bölünürdü və mahalların başında yerli tavad, bəy və ağalar mahal naibliyi edirdi. Naiblər vergiyə nəzarət edir, camaatı vergi ödəməyə məcbur edirdi. Onların hər birinin yanında bir neçə onbaşı və yasovul olurdu. Həmin naiblər və kəndxudalar dövlətdən maaş almayıb vergilərin bir qismini özləri mənimsəyirdi.
Komendant üsulu ilə idarəetmə çox zülmə və özbaşınalığa səbəb olurdu. Komendantların sədrlik, bəylərin iclasçılıq etdiyi yerli məhkəmələr əhali ilə amansız rəftar edirdi. Torpaq sahələri, rütbə və vəzifə almağa çalışan bəylər və ağalar çara və yerli komendantlara can-başla qulluq edirdi. Təkcə onu demək kifayətdir ki, 1828-ci ildə Qafqaz cəbhəsində rus qoşunları tərkibində Türkiyəyə qarşı bəylərdən və ağalardan ibarət dörd alay vuruşurdu. Həmin illərdə Irandan Qafqaza, o cümlədən Borçalıya kütləvi erməni ailələri köçürülürdü. Borçalıda dövlət torpaqları ilə yanaşı, sahibkar torpaqları da var idi. Darvaz kəndinin torpaqları əsasən dövlət torpaqları idi və bu torpağı becərən kəndlilər də dövlətin, yə`ni xəzinənin ixtiyarında idi və dövlət kəndliləri adlanırdı. Kəndin istifadəsində olan torpaq vergilərini kəndlilər icmalıqla ödəyirdilər. Torpaqlar bir neçə ildən bir icmaların 15 yaşına çatmış kişiləri arasında bölünür, vergi də kişilərin sayına uyğun müəyyənləşdirilirdi. Bəylərin irsi torpaqları və mülkü ``tiul``, ruhani torpaqları isə ``vəqf`` adlanırdı. Müstəmləkəçilik və ağır vergilər Borçalı kəndlilərini boğaza yığmışdı. O səbəbdən idi ki, 20-30-cu illərdə Qafqazın müxtəlif mahallarında olduğu kimi, Borçalıda da kəndli üsyanları baş vermişdi. 1840-cı ildə çar məcburiyyət qarşısında qalaraq komendant üsul-idarə sistemini ləğv edir. Başqa yerlərdə olduğu kimi, Qafqazda da mahallar əvəzinə qəzalar yaranır. 40-cı illərdəki aqrar islahat bəylərin torpaqlarının  alınıb çarizmə sadiq olan gəlmə rus zadəganlarına verilməsini qanuniləşdirirdi. Bu islahata əsasən hökumət ilk əvvəl Borçalı, Qazax və Şəmşəddil ağalarının torpaq və onu becərən kəndlilər üzərindəki hüquqlarını ləğv etdi. Bu, yerli bəylərin narazılığına səbəb oldu və onlar xalq kütlələrinin iğtişaşlarından öz mənafeləri üçün istifadə etməyə çalışdı. Ilk qaçaq ağalar və bəylər də bu zaman meydana gəldi. Odur ki, çarın 1846-cı il 6 dekabr tarixli fərmanı bəy və ağaların torpaq üzərindəki xüsusi mülkiyyət hüququnu təsdiq etdi. Ancaq sahibkar kəndlilərinə başqa sahibkarın yanına köçmək hüququ verildi.
1864-cü ildə Şərqi Gürcüstanda təhkimçilik hüququ ləğv olundu. 1870-ci ilin mayında isə torpaq quruluşuna dair yeni ``Əsasnamə`` qəbul olundu. Əsasnaməyə görə kəndlilərin böyük əksəriyyətinə əlavə torpaq payı verilmədi. Verilən torpaqlar isə olduqca yararsız idi. Həmin dövrdəki məhkəmə islahatı isə silki məhkəməni ləğv edərək bəyin və kəndlinin eyni məhkəmədə mühakiməsinə haqq qazandırdı. Icmanın varlı üzvləri torpaqları ələ keçirmişdi, əksər kəndlilər isə aztorpaqlı və ya torpaqsız olmaq zorunda qaldı. Sahibkar kəndlilərinin torpaqları isə1870-ci il islahatından sonra yenə də bəy və ağa mülkiyyətində qaldı. Onların vəziyyəti daha ağır idi. Hakim dairələrin özbaşınalığına və feodal zülmünə qarşı mübarizə güclənir, kəndli ərizələrinə baxılmır, məhkəmə və çar orqanları isə təbii ki, varlı bəy və ağaları müdafiə edirdi. Əlacsız qalan kəndlilər vergidən boyun qaçırır, varlı kəndxuda və ağaların evlərini dağıdır, cinayət törətmək məcburiyyətində qalırdı. Sinfi mübarizələr bə`zən silahlı toqquşmalara da səbəb olurdu. Borçalı-Qazax mahallarında sinfi qarşıdurmanın  və çarizmə qarşı azadlıq uğrunda mübarizənin ilk və ən geniş yayılmış forması qaçaq hərəkatı idi. Mə`muru, ağanı, əsgər və zabiti öldürüb ağır rus məhkəməsindən, katorqa cəzasından, sürgündən qurtulmaq məqsədiylə təbiətin qoynuna–dağlara, meşələrə, ucqarlara çəkilən qaçaqlar əsl xalq intiqamçılarına çevrilir, yoxsulların himayədarı, köməyi, arxası olur, onlara əl tuturdular, əhali də öz növbəsində onları qoruyur, ələ keçməyə qoymurdu. ``Qaçağı el saxlar `` kəlamı o çağlara da aid idi.
V.L. Veliçkonun ``QÙafqaz`` əsərindən: Əgər, qaçaq olsa da, dinə inanan müsəlman-azərbaycanlını , bir də Qafqaz hökumətinin əzizlədiyi, cibində fəlsəfə doktoru diplomu və vizit kartında fəxri adı göstərilən ``çox hörmətli `` xristian-ermənini götürsək, bütün əxlaqi üstünlüklər birincinin tərəfində olacaq,... ona görə ki, ikinci adi ingilis paltarı geymiş hiyləgər  tülküdən başqa bir şey deyildir... Ağır sosial-iqtisadi şəraitin... qaçaq etdiyi adamlar əsla quldur olmayıb, çox hallarda tapdalanmış ədalətin bərpaçıları idi. Onlar xalqı sıxışdıranları qarət edərək öldürür, eyni zamanda cəsarət və qəhrəmanlıq göstərərək öz soydaşlarının əxlaqi və bədii tələbatını ödəyirdilər... Aclıq döyüşkən adamı qarətçi edə bilər... Doğrudan da, hörümçək–ermənilər tərəfindən maddi istismara  mə`ruz qalan və müxtəlif idarələrdəki rus mundirli adamların həmişə erməniləri müdafiə etdiklərini görən təbiətən çılğın və döyüşkən tatar özgə nə etməlidir ?...Belə hallarda tatar öz tüfənginin lüləsini əlində bərk-bərk sıxacaq və ya əsəbi tərzdə xəncərinin dəstəyinə baxacaqdır``...
     Sonucda ədalətsizlik, böhtan və fırıldaqlarla üzləşən tatar(Azərbaycan türkü-V.H.) ona vurulan ağır mə`nəvi-psixoloji zərbəyə dözə bilməyib istəməyə-istəməyə cinayət törətmək zorunda qalırdı. Bəs sonra? Sonrasında iki yol vardı:  ya ağır məhkəmə cəzasına məruz qalıb məhv olmaq, ya da, çətin, ağır və məşəqqətli də olsa, qaçaqlıq yolunu tutmaq, dövlətdən, hökumətdən qaçaq düşmək.
Kəpənəkçi Emin ağa : ``Soruşsalar kimdir dünya üzündə ən azad adam, deyərəm:– qaçaq. O düşünmür sabah sağmı olacaq, intəhası bu gün   uğurdan sonra o, şahlıq edir; ona hər yerdə baş əyirlər, pul çay təki axır, həyat da ölüm də ondan asılıdır. Ancaq belə günlər tək-tək olur; ağır, qara günləri daha çox olur; hərgah soruşsalar yer üzündə cəhənnəm haradadır, katorqadan pis günü kim görür– yenə demək olar:–bütün bunları qaçaq çəkir. Qaçaq yatmır–ancaq yuxusuzluq qaçaqdan ötəri əziyyət deyil; o elə bilir ki, yuxu sadəcə vərdişdir, özgə heç nə; birinci gecə yatmamaq çətindir; ikinci gecə daha çətin; üçüncü gecə özün yuxulayırsan–yol gedirsən, yaxud durursan–və yuxuya gedirsən; at belindəsən–atın yalına düşürsən; elə yatmağa başlayırsan ki, bu vaxt elə bil sənə deyirlər, indicə top gətirib səni güllələyəcəklər, tərpənə də bilməyəcəksən; ancaq bir neçə ay keçəcək, elə öyrəncəli olacaqsan ki, gündə bir saat, ən çoxu iki saat yatmaq bəs edəcək.``...
Bəli , 19-cu yüzillikdə qaçaq düşənlər çox olurdu, lakin iki azman imperiyanın–Rus və Osmanlı dövlətlərinin qoynunda uzun zaman və sərbəst qaçaqlıq etmək asan deyildi. Odur ki, bu azadlıq, özgürlük cən- gavərlərinin çoxu geci-tezi ələ keçir və məhv edilir, azı hökumət tərəfdə xidmətə keçmək zorunda qalır, tək-tük hallarda, Mehralı kimiləri isə hökumət dairələrinin başında uzunmüddətli bir əngələ çevrilib ələ keçmirdi ki, keçmirdi. Daha doğrusu, onların tutulması müşkül və zor bir məsələ idi...



          XIX  yüzilliyin ortalarında
     Borçalı mahalının Darvaz kəndi

XIX yüzilliyin  ortalarında Darvaz kəndi Tiflis quberniyasının Borçalı mahalına aid idi. Bununla belə, müxtəlif çağlarda Trialet pristavlığının tabeliyində də olub.
1860-cı ildə Darvaz kəndinin  kəndxudası (starşina) Eyub Alı oğlu id
Başa dön
Kullanıcı bilgilerini göster Kişisel mesaj gönder Kullanıcının web sitesini ziyaret et
AHUZAR




Kayıt: Mar 28, 2008
Mesajlar: 399


Durum: BağlıDeğil
MesajTarih: Per May 08, 2008 10:36 pm Mesaj konusu: Re: Borçalı Mehrali Bey Alıntıyla Cevap Gönder

Very Happy ahh ahha bir de anlasam daha guzel olacak  Very Happy  Very Happy
Başa dön
Kullanıcı bilgilerini göster Kişisel mesaj gönder MSNM
Mesajları göster:
Yeni Başlık Gönder  Cevap Gönder   Yazdırılabilir Sayfa UserNuke Mesaj Panosu Ana Sayfa ->  FREE photo hosting by Garapapag.Com Zaman Sizin Bilgisayar Zamanıylan Ayarlandı
1. sayfa (Toplam 1 sayfa)

 
Forum Seçin:  
Bu forumda yeni konular açamazsınız
Bu forumdaki mesajlara cevap veremezsiniz
Bu forumdaki mesajlarınızı değiştiremezsiniz
Bu forumdaki mesajlarınızı silemezsiniz
Bu forumdaki anketlerde oy kullanamazsınız
Bu foruma eklenti gönderemezsiniz
Bu forumdan eklenti indiremezsiniz


Powered by phpBB © 2001-2003 phpBB Group

Nuke Evolution Conversion By: Evo-United.com
AOG_XTC Designed by ART OF GAMING Copyright of artofgaming.co.uk,

Art Of Gaming
Forums ©


Spambot Killer
Site Map

[News Feed] [Forums Feed] [Downloads Feed] [Web Links Feed] [Validate robots.txt]


Türkçeye Çeviri Ve Destek UserNuke.Com --*--PHP-Nuke Copyright © 2006 by Francisco Burzi.
All logos, trademarks and posts in this site are property of their respective owners, all the rest © 2006 by the site owner.
Powered by Nuke-Evolution.

[ Sayfa Üretimi: 0.49 Saniye | Memory Usage: 8.61 MB ]

.